Brioni – dünya miqyaslı ən prestijli dəb markalarından birinin adıdır. Bununla yanaşı, Brioninin bu qədər gurultulu şöhrətinə baxmayaraq, brend nisbətən yaxın zamanda, daha dəqiq desək 1945-ci ildə İtaliyada yaranmışdır. Məhz bu zaman iki gənc, olduqca kreativ dost, az tanınmış modelyer Qaetano Savini və biçici Nazareno Fontikoli, kişilər üçün dəbli geyimin tikilişi üzrə şəxsi işlərini açdılar. Özlərinin yenicə buraxılmış brendlərini onlar o zamanın bir çox məşhur şəxslərinin, elitanın öz vaxtını keçirməyə üstünlük verdikləri Adriatik dənizindəki gözəl kurort adasının şərəfinə adlandırdılar. Məhz onlar üçün Brioni yaradıcıları əlvan rənglər və yüngül biçimlə ahəngdə zərif klassika üslubunda hazırlanmış kişi geyiminin daha yüngül modellərini nəzərdə tutan kişi dəbinin tamamilə yeni konsepsiyasının təqdim etdilər. Bu cür yanaşma dərhal kütləvi ajiotaja səbəb oldu, brendin pərəstişkarlarının sayı isə günbəgün durmadan artırdı. Bir qədər sonra Brioni dəb brendinin təsisçiləri haqlı olaraq o dövrün italyan dəbinin qaydalarını diktə edən şəxs hesab olunan Covanbattist Corcini ilə tanış oldular. Məhz bu görüş dəb brendinin tarixində həlledici görüş oldu və onun italyan bazarı hüdudlarını aşaraq çox-çox uzaqlara çıxmasına imkan yaratdı. Bu hadisə 1952-ci ildə Florensiyada baş verdi. Məhz burada Corcininin rəhbərliyi altında Palazzo Pittidə dəb kolleksiyalarının növbəti nümayişi keçirilirdi. Brionismokinqləri və ipək gödəkcələri dərhal pərəstişkarlar çevrəsini ətrafına topladı, sonralar isə ABŞ-da, Beşinci avenyuda yerləşən məşhur B. Altman &Co univermağında satışa çıxarıldı. Məhz bu Brioninin dünya şöhrətinə gedən yolda ilk addımı oldu. Bir müddət sonra Brioni italyan markası Florensiyada artıq tam geyim kolleksiyasını təqdim etdi. Bu dünya dəb tarixində yalnız kişi modellərinin iştirak etdiyi ilk nümayiş idi. 1954-cü ildə Brioni Nyu-Yorkda ilk nümayişini keçirdi, sonralar isə dünyanın bir çox digər ölkə və şəhərlərində. Belə geniş müştəri axını ilə bacarmayan Brioni şirkəti Abruzoda əlavə fabrikini açır, daha bir müddət keçdikdən sonra isə köynək və dəri məmulatlarının tikilişi üçün istehsalat obyektləri əldə edir. 1957-ci ildə xüsusi olaraq Hess üçün Brioni geniş rəng palitrası ilə cəsarətli dizaynda unikal parlaq və üslublu kolleksiya hazırlayır. 1980-ci ildə artıq dünya miqyaslı dəbli geyimin olduqca əmin istehsalçısı olan Brioni öz ustalığını gənc nəslə ötürmək məqsədilə Pennada özünün dərzi sənəti məktəbini açır. Bizim dövrdə Brioni şirkəti yeni-yeni dahiyanə həm kişi, həm də qadın geyim modelləri ilə öz pərəstişkarlarını sevindirməyə davam edir. geyimlərin tikilişində bir çox əməliyyatlar müstəsna olaraq əllə yerinə yetirilir ki, bu da yüksək keyfiyyətə və məşhur italyan markası Brioni üslubunda eksklüziv dizayna nail olmaq imkanı yaradır. Mövcud olduğu müddət ərzində Brioni dəb brendi həm sadə insanlar, həm də bir çox məşhur insanlar, teleekran ulduzları, müğənni və bir çox başqa məşhur şəxsiyyətlər arasında nüfuz qazandı. Bu markanın tərəfdarları arasında Con Ueyn, Entoni Kuinn, Kerk Duqlas və planetin digər məşhur kişilərini görmək olar.

http://www.brioni.com/