Bir metr parçada bir neçə min əsas sapları və təxminən həmin qədər də arğac sapları bir-biri ilə sonsuz sayda dəfələrlə qarışaraq çarpazlaşır. Bu bitməyən hekayət keçmişdən danışır və gələcəkdən bəhs edir – nəsildən nəslə ötürülən təcrübə, geyimin rahatlığının artırmağa və onu kamilliyə çatdırmağa qadir olan unikal xüsusiyyətlərin səlahiyyətli təhlili. Canali keyfiyyətin ilkin materiallardan başlandığını dəqiq bilir. Buna görə də şirkət yüksək keyfiyyətli qiymətli parça və iplik növlərinin axtarışına, ən yaxşı dünya istehsalçıları ilə əlaqələr üçün heç vaxt zamanını və resurslarını əsirgəməmişdir. Onlarla birlikdə xüsusilə qiymətli parçaların istehsalı üçün orijinal qatışıqlar və yeni naxışlar işlənib hazırlanır. Həqiqətən də, parçanın qalınlığı və quruluşu ondan tikiləcək məmulatın təyinatına müvafiq olmalıdır. Xüsusilə palto tikilişi üçün işlənib hazırlanmış parçalar mövcuddur. Bunlar, məsələn, çəkisiz, yumşaq və isti geyimlər üçün çox yüngül olan “bebi kaşemir-şinşilla” parçası, təkrarolunmaz toxunulmaqla duyulan hisslər bəxş edən “kaşemir-norka” və “kaşemir-sobol” parçalarıdır. Klassik zərif Canali üslubu bütün mövcud olanlar arasında ən qiymətli olan Super 160's və Super 200's tipli çox nazik yunun, yun-anqora-kaşqora qatışığının və çox yüngül, lakin yumşaq və isti yun və kaşemir parçaların mükəmməlliyi ilə yaranır. Bundan əlavə çox qiymətli merinos yunundan olan, eksklyuziv, son dərəcə nazik – müvafiq olaraq 12.8 və 12.4 mikron olan tayı-bərabəri olmayan Esperidi 220's və 230's markaları da vardır. Bunlar Avstraliyada istehsal olunur və məhdud məmulat partiyasının tikilişi üçün istifadə edilir: dünya üzrə cəmi 140 məmulat Esperidi 220's və 80 məmulat Esperidi 230's parçalarından hazırlanır. Canali şirkətinin yaranmasının 75-ci ildönümünü qeyd etmək üçün məhdud məmulat partiyası üçün kaşemir-vikunya-ipək tərkibli qiymətli parça hazırlanmışdır. Bu xüsusi qatışıq – kaşemir 85%, vikunya 10%, ipək 5% – eksklyuziv cizgi üzrə Canali üçün hazırlanmış sıx, lakin eyni zamanda olduqca yumşaq parçadır. Vikunya – günəş rəngli yun, inklərin müqəddəs hesab etdiyi dəvəkimilər heyvan fəsiləsindən əldə olunur. Vikunya parçaya misilsiz istiliyi təcridetmə və hava keçirici xüsusiyyətlər verir. Yeni tərkiblərin işlənib hazırlanması, natural liflərin görülməmiş kombinasiyaları, arqac strukturunun, cizgilərin və rəng qərarlarının düşünülmüş uyğunluğu sayəsində Canali hər zaman aktual olan: “Uels şəhzadəsi” damalı, relyef arqaclı, ensiz cızıqlı və həndəsi naxışlı klassik parçalara yeni həyat bəxş edir.

http://www.canali.com