Kökləri XIX əsrə dayanan toxuculuq istehsalatının canlandırıcı ənənələrini davam etdirərək Covanni və Cakomo Kanali qardaşları 1934-cü ildə Triuco şəhərində (Briants rayonunda) yüksək keyfiyyətli geyim tikilişi üzrə emalatxana açdı. Lombardiyanın bu guşəsində əla iş və yaradıcı yanaşmaya görə iftixar hissi hər zaman yeniliklərə və qabaqcıl texnologiyanın tətbiqinə hazırlıqla vəhdət təşkil etmişdir. Əllinci illərdə müəssisənin rəhbərliyi ailənin ikinci nəslinə keçir. Bu nəsil tədricən satış səviyyəsini qaldırmaqla və məhsulun keyfiyyətini artırmaqla italyan bazarında öz yerini möhkəmləndirir. Fabrik yüksək dərəcəli kişi kostyumları və paltolarının tikilişi üzrə ixtisaslaşır. Yetmişinci illərin ortalarında müəssisə xarici bazarların çağırışını qəbul edərək 1980-ci ildə artıq öz məhsulunun 50% ixrac edir. İki nəsil boyunca sahibkarlıq ruhu, işə can yandırma və strateji baxış Canalini iri və effektiv müəssisəyə çevirdi. Məhsulun çeşidləri genişləndirilərək, lisenziya ilə istehsal edilən istirahət üçün geyim kolleksiyası, aksesuarlar, sonralar isə ətir, qol düymələri və corabları əhatə etməyə başladı. Yeddi fabrikdə işləyən işçilərin sayı 1700 nəfərə çatdı. Bütün müəssisələr İtaliyada yerləşir və Soviko şəhərində yerləşən vahid inzibati mərkəz vasitəsilə birləşir. beynəlxalq ekspansiya davam edir: indi Canali öz məmulatlarını yüzdən çox ölkədə təqdim edir, 1000 ticarət nöqtəsi və 160 mağazasına malikdir və məhsulunun 75% ixrac edir. Bu yaxınlarda Canali şirkəti biznesinin əsas istiqaməti ilə harmoniya təşkil edən yeni sahələrə böyük investisiyalar qoymuşdur. O dəb və təmtəraq əşyaları üçün kompüter həlli sektorunda, eləcə də toxuculuq sahəsi və geyim tikilişi sahəsi üçün avadanlıq və proqram vasitələrinin işləyib hazırlaması və istehsalı sahəsində strateji əhəmiyyətli payları əldə etmişdir. Hal-hazırda sükan Kanali ailəsinin, əvvəlki kimi adi sxemlərdən uzaq olan istedadlı, yaradıcı kişi eleqantlığı axtarışları və traktovkası işarəsi altında işləyən üçüncü nəslinin əlinə keçmişdir. Üslub həllinin qüsursuz dərzi işi və yüksək keyfiyyəti, daima yeni naxışlar, qiymətli parça və iplik növlərinin axtarışı, yeniliklərə can atma haqqında qayğı nəsildən nəslə ötürülür.

http://www.canali.com