Şirkət, mövcud olduğu gündən etibarən, dərzi sənətkarlığının ənənələrinə sadiq qalır və dəb bazarının tələblərinə müvəffəqiyyətlə cavab verir. Bütün Kolleksiyalar, kişi və qadın geyimlərinin istehsalında Castellod'Oro-nun müfəssəl təcrübəsini göstərən detallara yüksək diqqət göstərir. Castellod'Oro kostyumları, dünyada Dormeuil və LoroPiana kimi ən yaxşı parçaların qabaqcıl istehsalçıları ilə yaradılmış əlaqələr sayəsində eksklüziv parçalardan ərsəyə gətirilir.

"Made in Italy" məhsulunun fərqləndirici cəhəti, onun əllə hazırlanmasıdır. Brendin standartlarına uyğunluq, çox illik təlim tələb edir.

Beləliklə, şirkətin, unikal bilik və bacarıq daşıyıcıları olaraq öz işçiləri ilə əlaqə yaratması və bu əlaqələri qoruyub saxlaması mühüm əhəmiyyət kəsb edir.

http://www.castellodoro.com/