Yaxşı paltarın keyfiyyəti, onu geyinməklə bilinir. Bununla belə, dərzi işinin keyfiyyətini tam biçimiylə dəyərləndirmək üçün paltarı hissələrə ayırmaq lazımdır. Adi kostyum və keyfiyyətli kostyum arasındakı fərqi göstərən cəhət geyimin iç qismidir. Materialların seçimi, onun əyində daşınmasını və görünüşünü müəyyənləşdirir; tərtibat texnikası uyğun biçimə və tərzə zəmanət verir. Daxili struktur isə yapışqandan istifadə edilmədən yüksək keyfiyyətli dəvə yunu və at tükündən hazırlanır. Bu texnologiya, özünüzü yalnız nazik köynək geyinmişsiniz kimi hiss etdiyiniz və həddindən artıq rahat və yüngül görüntülü paltarlar istehsal edir. Sahibinin əyninə mükəmməl oturması üçün dərzinin əllə atdığı zərif ilmələr parçaya yumşaqlıq verir. Əllə biçilmə işi, parçaları zolaqlı və dama-dama modellərlə kombinə etməmizə imkan verir. Məhz bu özəlliyə görə də, kostyum, tək parçadan hazırlanıbmış kimi görsənir.

http://www.castellodoro.com/