Dəb Dizaynerlərinin Dövrü: Şirkət, bu neçə il ərzində, bir zamanlar ilham aldığı prinsiplərdən heç vaxt imtina etməmişdir: keyfiyyətli dəri, sənətkarlıq və texniki baxımdan yüksək keyfiyyətli geyimlər və güclü əxlaq sisteminin yaradılması.

Bazarda öz tendensiyalarını, strategiyasını və instrumental kommunikasiya yaradan və məsləkləri boyunca korporativ ənənəyə sadiq qalan dəb dizaynerlərinin uğuru şirkətin yolunu mürəkkəbləşdirmişdir.

Hettabretz bu çətin dövrə cavab olaraq, sənətkarlıq bacarıqlarını təkmilləşdirdi. Daha sonra qadın geyimlərini fokusa alan bu məhsullar, “HB Uomo” kolleksiyasının yaradılması ilə kişi geyimlərinə qədər genişlənmişdir. Bu yeni məhsul, məxsusi olaraq, alliqator və viqon kimi materiallardan səciyyəvi və nadir parçalar tələb edən xüsusi müştərilərə həsr edilmişdir.

Bu müştərilərə kiçik, lakin cəlbedici özəl butiklərlə xidmət göstərilirdi:
Avi Rossini - London
Battaglia - Los-Anceles
Bijan - Beverli-Hills
Brioni - Nyu-York - Roma
Cuzzen’s - Las-Veqas
De Lisi - Nyu-York
Napoleon - Nyu-York
Onların müştərilərinin sırasına Bruney Sultanı, Prins Al-valid, l’Avvocato Gianni Agnelli kimi şəxsiyyətlər, Ağ Evin siyasətçiləri, o cümlədən, Qubernator Arnold Şvartseneqqer, Frank Sinatra və aktyorlar Antoni Hopkins və Maykl Duqlas kimi tanınmış simalar daxildir.

Bu strategiyanın digər mühüm bir hissəsi isə, qiymətli materialların tarixi arxivinin və elmi-texniki bilgilərin yüksək dəb dizaynerləri tərəfindən istifadə etməsini təmin etməyi fokusa almışdır. Məhz buna görə də, Prada, Valentino, Louis Vuitton, Stefano Ricci, Brioni, Testoni, Barney’s, Ferragamo, Ralph Lauren və Romeo Gigli ilə əsas əməkdaşlığa şərait yaratmaq.

http://www.hettabretz.eu/