Eyni adlı dizaynerin təsis etdiyi Stefano Ricci S.p.a. şirkəti 1972-ci ildə açılmışdır. Onun banisi, Stefano Ricci, Florensiyada (İtaliya) anadan olmuşdur. Onun valideynləri dəblə əlaqədə olduqları üçün oğlan da özünə dizayner yolunu seçmişdir. Stefano uşaq ikən qalstuklar kolleksiyası yığmaqla məşğul idi. Onun valideynlərinin şəxsi tikiş emalatxanası vardır ki, həmin emalatxana Ricciyə öz qalstuk modellərini tikmək imkanı verdi. Beləliklə ailə emalatxanasında ilk qalstuk kolleksiyası işıq üzü gördü. Stefano böyüyəndə valideynləri öz emalatxanalarını ona ötürdü və burada dizayner öz qalstuklarını tikməyə başladı. lakin əsl müvəffəqiyyət və öz markasının açılışı 1972-ci ildə, Pitti İmagine Uomo kişi geyimləri italyan sərgisində Stefano Ricci qalstukları kolleksiyası təqdim olunduqdan sonra baş verdi. Onun kolleksiyasından olan qalstuklar beynəlxalq alıcıların güclü marağına səbəb oldu. Beləliklə Stefano öz məhsullarını Amerika, İngiltərə və Yaponiya bazarlarına çıxarmağa başladı. Stefanonun sayəsində adi kişi aksesuarı kişi geyiminin ən vacib elementlərindən birinə çevrildi. Stefano Ricci qalstukları kişi kostyumunu tamamlayır, obrazı tamamlanmış və individual göstərir. Onun bütün qalstukları ən yaxşı materiallardan hazırlanırdı və indi də hazırlanmaqdadır və təkrarolunmaz əla keyfiyyətə malikdir. Dizaynerin ən çox sevdiyi material ipəkdir, zərif modellər üçün isə hətta Swarovski kristallarından da istifadə olunur. Bundan əlavə peçvork üslubunda büküşlü Stefano qalstukları məhdud miqdarda tikilir və dünyada ən bahalı qalstuklardır. Dizaynerin müştəriləri və ona pərəstiş edənlər arasında Bruney Dövlətinin Sultanı Darussalam, Nelson Mandella, Mixail Qorbaçov və başqaları kimi məşhur, və, əlbəttə ki, zəngin şəxslər var. Satışlar yüksəldikcə və brend inkişaf etdikcə Stefano Ricci şirkəti öz çeşidlərini genişləndirərək yalnız qalstuklar deyil, həmçinin digər kişi aksesuarları, eləcə də geyim buraxmağa başladı. Hal-hazırda Stefano Ricci loqotipi ilə kişi köynəkləri, ətriyyat, geyim, çanta və bütün kişi aksesuarları spektrini əldə etmək mümkündür. Stefano Ricci müstəsna olaraq kişi brendidir! Stefano Ricci Classico İtalia – Gruppo İtaliano di Moda Maschile konsorsiumunun prezidenti və onun banilərindən biridir. Bu konsorsium İtaliya dəbi sahəsində lider olan 23 şirkəti birləşdirir. 1987-ci ildə təsis edilmiş Classico İtalianın məqsədi Florensiyanın kişi dəbinin mərkəzi kimi saxlanılmasıdır. Qeyd etmək lazımdır ki, əsas rəqabət daha müvəffəqiyyətli və kommersiyalaşdırılmış Milan bazarından irəli gəlirdi. Hal-hazırda Classico İtalia məhsulları Pitti Uomo sərgi meydanının nüfuzlu hissəsini tutur.

http://www.stefanoricci.com/