Marke regionu tərzinin dəyərli iplikləri ilə toxunan əsl hekayə

BILANCIONI brendi, 1953-cü ildən etibarən İtaliyada ümumi görünüş baxımından və trikotaj malların dizaynı və istehsalı üçün ən yüksək dönüş nöqtəsini təmsil edən BHC s.r.l fabriki tərəfindən istehsal edilir. Marke regionunun peşə ənənələrinin dəyərinin qalxması, etika və insan münasibətlərində qayğının əhəmiyyəti, arasıkəsilməyən axtarışlar və iş bilgisinin inkişafı: bütün bunlar, nəcib və qiymətli xam materialların BILANCIONI tərəfindən, mütləq olaraq, unikal yekun məhsullara çevirməsinə imkan verən şirkət fəlsəfəsinin aksiomalarıdır.

BILANCIONI kolleksiyasının hekayəsi, səksəninci illərdə Umberto Bilancioninin (təsisçi) yaradıcılığı sayəsində boş vaxtlar, tətillər və istirahət zamanlarına həsr edilmiş "gündəlik şıq" gözəlliyinin tərənnümü ilə tam geyim kolleksiyasına həyat vermək üçün ən dəyərli xam materiallarla birləşdirilmiş triko ipliklərdən qaynaqlanır: qeyri-rəsmi gödəkcələrdən köynəklərə, kəmərlərdən ayaqqabıya və səyahət çantalarından kiçik dəri aksessuarlara qədər.

BILANCIONI, yüksək keyfiyyətli məhsullar istəyən və detalların dəyərinə diqqət yetirən istehlakçıları nəzərində tutaraq "tez ötüb keçən dəb" konsepsiyasından uzaq olan və hər biri "az saylı predmetlər"dən hazırlanan kolleksiyaların əsasını qoyur.

Bu gün BILANCIONI brendi, davamlı olaraq araşdırılan tərz və materiallara göstərilən qayğı sayəsində həm bizim ölkəmizdə, həm də bütün dünyada müraciət olunan "Made in İtaly" simvoludur.

BILANCIONI, Moskva, Dubay, Bakı, Dnepropetrovsk, Yohannesburq kimi mühüm əhəmiyyətə malik şəhərlərdə və tezliklə biri də Milanda açılmaqla tək-brendli butiklərə sahiblik edir.

Bizim Kolleksiyalarımız, həmçinin, Milandakı -Via della Spiga,2- və Şanxaydakı Büllur Əsr Qülləsində yerləşən Sərgi Zallarımızda da yer alır.

http://www.bilancioni.it