1786-cı ildə tarixi San Frediano kvartalında təsis edilmiş AnticoSetificioFiorentino, Florensiyada ipək istehsalı üçün qalan sonuncu emalatxanadır. Onun 1700-cü illərdən 1880-ci illərə qədər qədim toxuculuq dəzgahlarında qiymətli parçalar hasil etmək üçün kustar maraq və dərin ənənəyə söykənən tarixi öz əsas kökünü İntibah dövründən götürüb. Bu dəyərli ipək parçalara, Brokkatelli, Lampassi, Ermisini, Damaschi və bütün dünyada aristokratların evlərini, villa və sarayları bəzəmiş digər ənənəvi Toskan parçaları daxildir.

2010-cu ildə STEFANO RICCI S.p.A. tərəfindən əldə edildikdən sonra, AnticoSetificioFiorentino-nun nadir parçaları beynəlxalq miqyasda geniş vüsət almış və hal-hazırda, qiymətli və eksklüziv parçalara dəyər verən elit müştərilərin evlərini bəzəyir. Tarix və maraq hissi, tarix boyunca AnticoSetificioFiorentino-ya bələdçilik etmiş və qədim və ya modern olmasından asılı olmayaraq möhtəşəm evlərə uyğun gələ biləcək parçaların hasilatından ilham almağa davam edir.

Florensiyadakı baş ofis Lorenzo Bartolini 4-də yerləşir və müştərilərin parça seçimi və sifarişlə hazırlanmış interyerlərinin yekun hasilatı ilə bağlı məsləhət aldıqları sərgi zalı və satış şöbələrinə sahiblik edirlər.

Mondo Marine tərəfindən təklif edilən Adsız M41

AnticoSetificioFiorentino, məşhur Florentin emalatxanasının qiymətli parçaları və STEFANO RICCI-nin Əzəmətli Qarnitura Kolleksiyasının möhtəşəm aksesuarları ilə dekorasiya edilmiş ilk meqa yaxtanın təqdimatı ilə yaxta dünyasına daxildir. Adsız meqa yaxta üçün Mondo Marine gəmiqayırma zavodu ilə yeni tərəfdaşlıq. Bu qeyri-adi layihə üçün yataq otaqlarını bəzəmək məqsədilə şam qumaşı və məxmər parça seçildiyi halda, yastıq və çarpayının ön söykənəcəyi İntibah Ermisino adlı parçadan hazırlanmışdır. Bu xüsusi parçalar, Leonardo da Vinçinin dizaynına əsaslanan məşhur çillə maşını sayəsində ən prestijli iqamətgahların interyerləri üçün 1786-cı ildən etibarən qeyri-adi toxuculuq məhsulları hasil edən "möcüzələr emalatxanasının" əllə işləyən qədim toxuculuq dəzgahı ilə istehsal edilir.