STEFANO RICCI-nin Lüks Yaxta Bölməsi, dünyada ən gözəl və nəfis yaxtalar üçün sifariş edilən interyerlərin layihəsini hazırlayır. O, Florentinalı yaxta dizayneri Luca Dini ilə əməkdaşlıq şəklində Benetti Custom silsiləsi üçün 230 fut uzunluqda Super Yaxtaya görə bir layihə işləyib hazırlamışdır. İnteryer və yaxta dizaynında misilsiz İtalyan ustalığının birgə mükəmməl fəaliyyəti.

Onun müstəsna interyerləri, ən yaxşı İtalyan ustalığı və siqnatura malik materialları ilə mümkün olan vahid tərzlə elit müştərilərin hər bir istəyinə görə xidmət göstərir: Kaliforniyanın süpürgə kolu kökü, Toskan travertin mərməri və xalis timsah dərisi. Onun interyerləri həqiqi zərifliyi özündə ehtiva etməklə, STEFANO RICCI Əzəmətli Qarnitura Kolleksiyasının eleqant məhsullarını və 1786-cı ildən etibarən qiymətli ipək parçalar istehsal edən tarixi AnticoSetificioFiorentino fabrikinin məşhur keyfiyyətli və dəyərli parçalarını təcəssüm etdirir. STEFANO RICCI bu yeni bölmə ilə, istehsalat və dizaynda yüksək keyfiyyət və yaradıcılıq nümayiş etdirən dəbdəbəli interyerlər yaratmaqla özünün 100% Made in Italy (100% İtaliyada Hazırlanmışdır) fəlsəfəsinə hər zamankından daha çox sadiq qalır. Lüks Yaxta Bölməsinin interyer dizaynerlər komandası dünyanın hansı güşəsində olmasından asılı olmayaraq müştəriyə yetişmək üçün Florensiyadan kənarlara səfər edirlər. Tələbə uyğun yüksək səviyyəli hazırlıq və zərif tərz tələb edən bir neçə müştəriyə ünvanlanmış real xidmət sifarişi.

Florentina evi, eleqant dizayn və müasir innovasiya vasitəsilə qırx ildən çoxdur ki, İtaliya sənətkarlıq ənənələrini yaşadır. STEFANO RICCI-nin eksklüziv həyat tərzi Pekin, Beverli, Hills, Milan, Florensiya, Monte-Karlo, Moskva, Vyana, Nyu-York, Paris, Seul, Şanxay, Sinqapur və Əbu-Dabi də daxil olmaqla dünyanın 40-dan artıq butiki vasitəsilə indi Lüks Yaxta Bölməsi ilə dənizdə üzür.