Artioli məhsulları, ənənə və texnologiyanı birləşdirməklə elə bir nəticələr əldə etmişdir ki, bu Severinonun 1912-ci ildə Ferrarada ilk çəkmə ustasının ayaqqabı dükanında işləməyə başladığı zaman təsəvvür edilə bilməzdi. O zamanlar, çəkməçilər, məhsul və işləmələrdə müəyyən məhdudiyyətlə eyni tipli məhsullara nail olmağa imkan verən azsaylı alətlərdən istifadə edirdilər; Severino, bir neçə ildən sonra ayaqqabı istehsalı texnikasını tədricən həyata keçirən mütəxəssis mexaniklərlə birlikdə yeni alət və istehsal proseslərini ixtira etmək və təkmilləşdirməkdə çox sürətlə önə çıxdı.

Daha sonra isə, 50-ci illərdə Vito, ayaqqabı dilinin altında elastik materiallı ipsiz ayaqqabını və müxtəlif ayaq formalarına görə tənzimlənən bağsız ayaqqabıları, habelə, bağsız modellərə mümkün qədər asan uyğunlaşmaq üçün Oksford və Derbi krujeva tikişinə icazə verən elastik qaytanı ixtira etdi. O, ayaq geyimləri üçün metal aksesuarların kustar hasilatına təkan verən və ayaqqabı görünüşündə inqilab yaradaraq çəkmənin üzünə və hətta tez-tez daban və altlıqlarına bəzək vermək üçün dahi Benvenuto Cellininin modelindən sonra mum tökmədə prototip yaratmaqla ilk metal haşiyənin əsasını qoydu. Həmçinin, o, hər kəs tərəfindən qəbul edilmiş və tez bir zamanda klassik elementə çevrilən pəncə kənarlarının təkrar emalında yeni profillər yaratmaq üçün yeni dəmir işləmələr də düşünmüşdür.

1990-cı ildə Andrea, "Masion" adlı şirkətdə işə başlayan zaman boru şəkilli olduğu üçün ölçüyə görə hazırlanıbmış kimi təxmini uyğun gələcək və əlcəkdə olduğu kimi onu geyinən ayağa uyumlu olacaq özünün “Andrea by Artioli” adlı gündəlik rahat ayaqqabısını təqdim etdi. Andrea, bundan başqa, onların gözəl ayaq geyimləri ilə ahəngdarlıq təşkil etməsi üçün portmone, çanta, çamadan, əlcək, gödəkcə, pencək silsiləsi ilə birgə qiymətli toqqalarla eyni dərilərdən olan kəmərlər də hazırladı. Bütün bunlar, dəbin insanı zərif, zövqlü və gözəl görmək istəyindən qaynaqlanmışdır. İkiqat uyğunluğa imkan verən və hətta isti havada belə ayaqların təravətli qalmasını təmin edən "Bir ayaqqabı iki ölçü" və "Hər gün quru ayaqlar" sistemlərini təqdim edən çoxsaylı araşdırma, tədqiqat və eksperimentasiyaya əsaslanan son dərəcə proqressiv texniki kəşf - yeni "2010-cu il" seriyası başladılmışdır. Hal-hazırda, Artioli heyəti, özlərinin böyük təcrübələrinə güvənərək qadın ayaq geyimləri və çantalarını təqdim edir.

https://www.artioli.com/