Master Artiolinin rəhbərliyi altında ayaqqabının əllə hazırlanması prosesi, iki əsrlik təcrübə və biliyin birləşdirilməsi ilə iki yüz çətin əməliyyatın öhdəsindən gəlir.
Bu Ustalar paylaşılan bu bilik və təcrübəni yalnız ən yaxşı dəridən hasil edilən ayaqqabıların istehsalında damla-damla aşılayırlar. Dərinin yüksək keyfiyyətdə olması ayağın nəfəs almasına imkan verir və yalnız və yalnız tikişlə işlənmiş xüsusi astar və altlıq materiallar ayaqların təravətli və quru qalmasını təmin edir. Ayaqqabının rahatlığı, yumşaq və geniş ön hissədən, forma və şəkil verən möhkəm ucluq, o cümlədən, qövsdəki zərif sərtlikdən və zərbə və bədən kütləsini qəbul edən dabandan qaynaqlanır. Bütün bu xüsusiyyətlər, ayaqqabıya rahatlıq və xüsusi tərtibat verən ustalıq və yüksək keyfiyyətə malik materialların mükəmməl kombinasiyasıdır ki, onun da nəticəsi Sizi Cənnət adlı fərqli səviyyələrə götürəcək yumşaqlıq duyğusunu hiss etmənizə səbəb olacaq.