Seçilən nişanlar

Yeni 2010 Payız-Qış kolleksiyası, həndəsi naxış, nişanlar və yaradıcılıq üzrə bir oyundur: müasir və şəhərli görüntüsü üçün soyuq tonlarda həssas dərzi işi, dairəvi kombinasiyalı, klassik və aristokratik hissin nüfuz etdiyi isti tonlarda elastik siluetlər.

Ən son dəb tendensiyalarını diqqətlə izləyən və ya zərif və ənənəvi eleqantlıqla geyinmiş özlərini daha çox evdəymiş kimi hiss edən müasir insanların zövqünə cavab vermək üçün tərz çeşidləri. Canali-nin hər zaman mövcud olan siqnatura tərzi hər kəsə nüfuz edir və hər kəs, brend və davam edən orijinal, emosional və mükəmməl axtarışlarla xarakterizə olunan daimi innovasiyanı paylaşır. Eyni zamanda, canlı toxunuşlar yaratmaq və onların bütün imtiyazlarına uyğun yeni tərzləri işıqlandırmaq üçün bu parçalar tədricən artırılmışdır. Hərtərəfli eleqantlığa meyl salan qərarlı insanlar dəbi izləyir və yetmiş beş ildən artıqdır ki Canali brendinin elementlərini fərqləndirən yüksək keyfiyyətli xam materiallar və yaradıcı dizaynlarla kombinə edilmiş İtalyan dərzi işlərini dəyərləndirirlər.

Rəsmi Kolleksiya

Siluet

Təkamül, 2010 Payız-Qış Kolleksiyasının açar sözü və fərqləndirici elementidir. Həm dəb tendensiyaların dörd gözlə izləyən şəhər insanları, həm də daha mədəni və romantik insanlar üçün forma, silsilə, tərz və yaradıcılığın inkişaf etdirilməsi. Növbəti mövsümdə iki əsas yeni dəb, özünün xüsusi etiketi olan “Milano” Kolleksiyası və kostyum və paltoların daxil edilməsi ilə genişləndirilən “Kei Kolleksiyası” olacaq.

Milano Kolleksiyası özünün güclü və qüsursuz şəhərli individuallığı ilə oturmuş bel qismi, dar çiyinləri və tam olaraq təyin edilmiş rəsmi quruluşu ilə kostyum, palto və gödəkcələr üçün slim (incə bel qismi) silsiləni ön plana çıxarır. Hərəkət rahatlığı və axıcılıq üçün incə və yüksək səviyyəli qol yerləri, üstəgəl, dar və keyfiyyətli yaxalar. Həmişə qüsursuz görsənən modern və dinamik insanlar üçün bu obrazı tamamlamaq məqsədilə şalvar ayağının aşağı hissəsi, yekun toxunuş olaraq, axıracan daraldılmışdır.

Təbii çiyinlərə malik Kei Gödəkcələrinin ənənəvi Neapolitan tərzli paltarları silsiləsinə kostyum və paltoların da əlavə edildiyi “Kei Kolleksiyası”, bu geyimlərin təklif etdiyi komfort və paltarın təbii olaraq köhnəlməsini sevən müştərilərin romantizm və zəriflik ənənəsi ilə formalaşan zövqlərini əks etdirir.

Kei tərzi, T-vari tikiş yerinə malik yamaq və ya qəpik üçün balaca cibə malik olan kontrastlı rəngi ilə flanel detallarla gözəlləşdirilmiş idman üslublu gödəkcələr üçün ideal tamamlayıcıdır.

Qış Nağılı, həmişə olduğu kimi məxsusi olaraq gözəl model və klassik baxımdan daha eleqant tərtibatı gözəlləşdirən xüsusi tərz verilmiş geyimlərlə geri dönür. Onu belə məxsusiləşdirən faktor, hər bir detala göstərilən xüsusi qayğıdır: İpək düymə dəlikləri, seçilən parçalar, zəngin detallar və xüsusi tərz verilmiş nisbətən uzun, incə və yaxşı oturdurulmuş, lakin həmahəng çiyinlər.

Tayı-bərabəri olmayan qiymətli geyimlərdəki bütün bu incə dərzi işləri, Super 170-lik yundan və ya incə zolaqlı daranmış yun flanellərdən hazırlanmışdır. Rəsmi Kolleksiya

Qumaşlar və Rənglər

Yeni mövzular, yüksək incəlikli tərzlər, innovasya və yaradıcılıq, yeni 2010 Payız-Qış Kolleksiyasının əsas elementləridir.

Boz, mavi və qara, pudra lacivərdi, benzin yaşılı və neft sarısı çalarlarını təcəssüm etdirən rəng kombinasiyalarında retro tivid daranmış yun, qara-ağ rəngin hakim olduğu toxunma parça, şevron və qarışıq fonlarda çox xırda kvadratlar Asketik Şıq predmeti yaradır ki, bu da parçaya, Milano Kolleksiyasındakı çağdaş silsilə ilə mükəmməl uyğunluq təşkil edən modern, minimal və saf obrazı verir.

Asketizm, rənglərə açıqdır və zərif klassik cazibədarlığı əks etdirən geniş xanalar, cınaqşəkilli naxışlar, şotlandka və bəzəkli mikro qarışıqlarla həndəsi naxışların əhəmiyyətini azaldır. Orijinal yun-pambıq, yun-pambıq-kişmir və yun-kətan-kişmir qarışıqları, qəhvəyi və bej rəngin boz rəngin çalarları ilə birləşdiyi isti rənglər və kombinasiyalarla gödəkcəyə xüsusi parlaqlıq verir. Təbii soyuq rənglər əflatun qırmızı dekorativ nöqtələrlə canlandırılır. Bu Canali tərəfindən irəli sürülən “Aristokrat Şəhər” adamının obrazıdır.

Tərz və onun araşdırılmasına göstərilən davamlı bağlılıq, əsas etibarilə, köbələnməmiş və açıq modellər üçün istifadə olunan yeni iki tərəfli parçalarda müsbət nəticələr verir.

Retuş edilmiş və ya qabarıq dekorasiyaları təcəssüm etdirən, kişmir, kişmir-ipək və ya nazik daranmış yunun təbii yumşaqlığı ilə xarakterizə olunan və şən, həmçinin, modern əhval-ruhiyyəni ifadə edən orijinal köhnə dəbli və solğun parçalar üçün rəng və toxunuş üzərində bərq vurma.

Eksklüziv diapazona malik parçalar, zəriflik və eleqantlığın son dərəcə mükəmməlliyi, ən keyfiyyətli Super 150, 170 və 180-lik yun, qiymətli ipək-kişmir qarışıqlarını və ya incə zolaqlı daranmış yun flanel qumaşları təklif edir.

Asudə Vaxt Kolleksiyası

Növbəti Payız-Qış mövsümü üçün təşkil edilmiş Asudə Vaxt Kolleksiyası, sözün əsl mənasında, modern insanların istəklərinə cavab verir: böyük şəhərlərdə işdəki həyat tərzindən başlayaraq səyahət və asudə vaxta qədər. Üst geyimi, böyük şəhərlərdəki insanların və səyahətçilərin gündəlik tərzini əks etdirməklə modern, praktik və komfortlu olmalıdır: qısa trençlər, iki tərəfi düymələnən və ya yun qunduz xəzindən yaxalığı olan və çıxarılan jileti olan səyahət gödəkcələri və nazik və ya ikitərəfli yundan olan tam astarsız gödəkcələr.

Texniki parçalar, bel çantası kimi geyinmək üçün çıxarılan qayışa malik xüsusi sistemli praktik Səyahət Gödəkcəsi üçün seçilmişdir. Ən yaxşı ikitərəfli kişmir və ya yundan hazırlanmış geyimlər, səyahətin son dərəcə rahat olması üçün gizlədilmiş ciblər, qələm yerləri və pasport portmonelərilə təchiz edilmişdir.

Bu diapazona, həmçinin, əzilməyən Super 160-lıq daranmış yundan hazırlanmış yüngül və şıq kardiqanlar, o cümlədən, cibli və ya yeni sifarişlə hazırlanmış cinslərlə geyinilə bilən poplin streç köynəklər də daxildir. Səyahət üçün kişmir və ya pambıqdan hazırlanmış kapüşonlu yaxud kapüşonsuz idman dəstləri çox tövsiyə olunan məhsullardır.

Biznesmen və ya səyahətçi tərzlərinin ideal ifadəsi olan qara rəngdən başqa, digər rəng çalarlarına, xırda naxışlı nümunələr üçün pudra lacivərdi və ya neft sarısı kimi neytral rənglərin səpələndiyi boz - qarışıq və qranit rəngi də daxildir. Qolf oynayanların tərzi, ən gözəl Klub Zallarına nüfuz edən eksklüziv şıq atmosferlə xülasələşdirilir. Uelsdə Nyuportda yerləşən Kelt Malikanə Kurortunda bu ilin 1-3 Oktyabr tarixlərində keçirilmiş yüksək beynəlxalq qolf yarışı Rayder Kubokunda Avropa Komandalarının son iki il ərzində "İmtiyazlı Tədarükçü"sü olan Canali, həm oyun, həm də asudə vaxtlarda geyinmək üçün dizaynlaşdırılmış geyimlər təqdim edir: Nəfəs alan və suya davamlı parçalardan hazırlanmış top üçün xüsusi gizli cibi olan şalvarlar, suya davamlı iki-üzlü qısa gödəkcə, jilet və səyahət gödəkcəsindən ibarət ümumi görünüş. Texniki xarakteristikalar, qolf meydançasından kənar pencəklərin hazırlanmasında istifadə olunan pambıq parçalara, texniki gödəkcələrə, dəri və kişmir gödəkcələrə, habelə, jakkard və inkrustasiya modelləri ilə suya davamlı daranmış yundan olan sviterlərə yol açmışdır. Eleqant rəng palitrası, mavi, qara, boz və yaşılaçalar mavi rəngləri ifadə edir.

İdmandan başlayaraq rahatladıcı dağ landşaftlarına və asudə vaxta qədər olan seriya. Rənglər daha isti və daha ümidvericidir: Qəhvəyi rəngin ton və çalarları, tünd qırmızı fırça yaxmaları ilə canlandırılıb. Dağ həyat tərzinin retro izahının verilməsi: böyük damalı ağlı-qaralı toxunma qumaşla zərifləşdirilmiş, vacib xəz yaxalıqlarla bəzədilmiş yağış keçirməyən isti yun və kişmir gödəkcələr, qolsuz gödəkcələr, habelə, jakkard toxunmaları ilə fərqli gözəllik dərəcələrinə malik (3-dən 12-yə qədər) kişmir geyim əşyaları, sadə və ya naxışlı yun və yun-pambıq şalvarlar üçün inkrustasiya dizaynları və zolaqlar. Canali, yekun olaraq, şirkətin mənşəyinə hörmətlə yanaşaraq, plaş geyinmiş və əlində çətir saxlayan sevimli bir pişiklə (suyu sevməmə xüsusiyyəti ilə məşhur olan heyvan) 1940-cı illərin tarixi loqosunu təcəssüm etdirən mini plaş kolleksiyasını təqdim edir. Funksiya və tərzi birləşdirən bu diapazona beş model daxildir: xüsusi işləmələrlə çox yaxşı neylon iplik, kişmir və pambıqdan qolf meydançası üçün kapüşonlu biryanlı, ikiyanlı, klassik, ikitərəfli və formal modellər.

Aksesuarlar Kolleksiyası

Ayaq geyimləri

Ayaq geyimi diapazonuna daxil olan modellər, həm daha çox ənənəviliyə üstünlük verən şəxslərin, həm də daha dəbli və idman üslublu kolleqaların zövq və tərzlərini əks etdirir. Dana dərisindən timsah dərisinə qədər yalnız ən yaxşı dərilərdən istifadə edilir və daha geniş olan bu diapazon yaradıcılıq və yeni dekorativ detallar üçün daha çox məkan təklif edir.

İngilis adət-ənənəsindən ilham alan, lakin İtalyan tərzinə uyğun ifadə edilən modellərə, rezin sport dabanla dəridən emal edilmiş ipli qaba ayaqqabılar, şax işləməli, modern və seçilən dəbə malik parlaq dəridən iki toqqalı ayaqqabılar (Mon-Strap - adından da göründüyü kimi bağ yerinə toqqa istifadə edilir), yaxud müasir kola və ya narıncı rəng çeşidləri ilə cilalı zamşa qotazlı əllə ştrixlənmiş “tülkü ovu” bağsız ayaqqabılar.

Gözəl Goodyear köbəli yumşaq dərilər, qeyri-adi boz və ya mavi rəngin tonları ilə klassik Derbi və Oksford ayaqqabılarının ənənəvi təklifi üçün seçilmişdir. Üslub yenilikləri üçün bu brendin daim axtarılan məhsulları, gizli tikişli yarım botlar və yaxud isti brendli qaranquş quyruğu formasında Derbi ayaqqabısını əhatə edir. Əllə cilalanmış moka və ya qapqara timsah dərisindən hazırlanmış Goodyear köbəli ayaqqabılar, çox parlaq qara laklı dəridən hazırlanmış bal ayaqqabıları kimi şah əl işi əsərləridir.

Asudə vaxt diapazonu da böyüdülmüşdür: şəhər insanları üçün isti xəz içlikli dağ üslublu qısa çəkmələr, parlaq rəngli bağları olan kişmir üzlüklü yarım botlar, habelə, altmışıncı illərin tərzi olan yumşaq, rəngli, napa dəri astarlı və rezin altlıqlı San Crispino tərtibatlı yarım botlar. Bundan əlavə, yeni silsiləyə, açıq-aşkar retro görüntüsü yaratmaq üçün təqdim olunan parlaq şərab və oxra rəngli kontrastlı yan zolaqlara malik qara dəri tennis ayaqqabıları da daxil edilir.

Aksesuarlar Kolleksiyası

Köynək və Qalstuklar

Köynək silsiləsi 25-dən artıq yaxalıq seçimini təqdim edir və hal-hazırda, dəbi izləyənlər və qeyri-rəsmi tərzi sevənlər üçün slim (dar) kəsimləri təklif edir.

Dama-dama naxışlar geri dönür və boz rəngin çalarlarında həm kiçik, həm də çox böyük alternativlərlə mövsümün əsl leytmotivini təqdim edir.

Əldə olan geniş diapazona, yumşaq yun qalstuklarla geyinmək üçün parlaq göy, lacivərd, yasəmən və qəhvəyi rənglərdə klassik zolaqlı, xırda damalı və ya zolaqlı parçaların modern təfsiri daxildir.

Sadə modellər, Neapolitan üslubda hazırlanmış köynəkləri təqdir etməklə daha geniş, donuq naxışlı düymələri olan düyü dənələri kimi və ya optik mikro-toxunuşlu yeni nümunələri təcəssüm etdirir. Daha sonra, əlbəttə ki, toxunuşla hiss olunmayan 240/2 kimi yüngül çəkili ən yaxşı pambıqla səciyyələnən hər zaman var olan Eksklüziv təklif gəlir. Qalstuklar, Canali obrazının ümumi görüntüsünü tamamlamaq üçün yekun toxunuşu təmsil edir. Onlar, hətta ən çağdaş və nisbətən ensiz forma ilə Alfred Hiçkokun 1960-cı illərin şah əsərlərindən ilham alırlar.

Dizaynların diapazonu nəhayətsizdir. Qəhvəyi, şərab qırmızısı, qırmızımtıl bənövşə və ya yasəmən tonlarında sadə rənglər, boş-sadə parçalar və üçölçülü mikro-toxunuşlar bu kolleksiyanın əsas mövzusu olduğu halda, daha tünd İngilis naxışları, yarımşəffaf atlasdan hazırlanmış medalyon dizaynları təcəssüm etdirir. Daha sonra isə, əlbəttə ki, zolaqlı və ya klassik həndəsi nümunələr, o cümlədən, boz rənglə qarışdırılmış əlvan yasəmən və lacivərd tonlarda qarışıq yun və ipək modellər gəlir. Jakkard modellərə xüsusi işləmələr tətbiq etməklə əldə olunan yun effekti təcəssüm etdirən nəfis təmiz ipək xüsusi qeyd edilməlidir. Dəbə uyğun qalstuklar, tünd fonlar üzərində mikro nöqtə və zolaqlarla daha çox nazikliyə malikdir. Bundan əlavə, böyük tədbirlərin böyük əhəmiyyəti var: 24 karat qızıl sapla tikilmiş təmiz ipəkdən Qızılı Qalstuk, qiymətli 7-qat qalstuk və kontrastlı rəng və nümunələrə malik enli və nazik sonluqlu model.

Kəmərlər

Kəmər kolleksiyası daha çox zərifliyə malikdir və hər biri, eksklüziv olaraq, təmiz, yumşaq və yeniliyə açıq materiallardan tikilir.

Tək parçalı nəfis, yumşaq napa və zamşa, həmçinin, girdələnmiş dana dərisindən boruşəkilli kəmərlər və halqa toqqalar.

Bu kolleksiya üçün mütləq yenilik, cəsur boruşəkilli akula dərisindən olan kəmərlərin olmasıdır. Çox nəfis yumşaq dəvəquşu və ya timsah dərisindən hazırlanmış model, mala əsl qiymət verən kəslərin zəriflik və eleqantlığı üçün mütləqdir.

Daha klassik əhval-ruhiyyə üçün isə nikel və ya gümüş qalvanik işləmələri olan xüsusi ikitərəfli toqqalarla təchiz edilmiş çevrilən iki tonlu dəri kəmərlər və ya eyni tərzdə olan ayaqqabılarla geyinmək üçün kobud ayaqqabı motivini təcəssüm etdirən zamşa kola rəngli və parıltılı fırçalanmış dana dərisindən modellər təqdim edilir.

Gənc, lakin zərif adamlar üçün müəyyən üsluba malik, şam ağacından hazırlanmış və ya lavanda rəngi tonlarını təcəssüm etdirən yun qarışıq və ya kokos naxışlı dəridən hazırlanmış elastik hörük formalı kəmərlər nəzərdə tutulur.

Dəri məhsullar

Orijinal materiallardan hazırlanmış incə aksesuarlar səyahət edən insanlar üçün nəzərdə tutulmuşdur. Bu məhsullara, timsah printli dana dərisindən hazırlanmış detallara malik yumşaq flanel çantalar, nazik dəri çamadanlar, patrontaş və ayna kimi cilalanmış dəridən və kontrastlı detallarla bəzədilmiş xüsusi pekari printli yumşaq maral dərisindən hazırlanmış leptop çantaları daxil edilib. Bu kolleksiya, müxtəlif portfel növlərini özündə ehtiva edir: açıq qonur rəngli, nəfis mavi rəngli və dəri kontrastlı detallarla fırçalanmış dana dərisindən hazırlanan bir və ya iki bölməli portfellər.

Dəridən hazırlanmış xırda məhsullar kolleksiyası, müxtəlif formalı portmonelər, vizit kart qabları, kiçik, lakin praktik portmonelər və müxtəlif formalı açar halqaları təklif edən çantalar kimi eyni tərzləri təcəssüm etdirir. Bütün bunlar, eleqantlıq və tərzin gözəl nümunələridir.

https://www.canali.com