Təsisçi Enrichetta Bertuzzi, ən mühüm dəri idxalatçılarından birinin qızı olub və öz karyerasına şəxsi istifadə üçün paltarlar hazırlamaqla başlamışdır. Onun yaratdıqları o qədər məftunedici idi ki, onlar qısa bir müddətdən sonra İtaliya zadəganlığı tərəfindən tanındı.

Daha sonra, 1960-cı ildə gözəl və dəbdəbəli geyimlərə artan təlabat yaradan iqtisadi canlanma dövrü ərzində Hettabretz təsis edilmişdir.

1960-cı ildən 1970-ci ilə qədər, beynəlxalq yüksək təbəqə üçün istinad nöqtəsi olan bu butiklərin gücü, şirkətin sürətlə genişlənməsi üçün bir vasitə olmuşdur.

1970-ci ilin Yanvarında Florensiyadakı İtaliya Dəb Mərkəzi, dəri paltarların qabaqcıl istehsalçısı kimi tanınan Hettabretzi, Florensiyada İtaliya dəbinin ürəyini təmsil edən Alta Moda hazır geyimlərin təqdimatında iştirak etmək üçün dəvət etmişdir.

Bizim məhsullar, bu butiklər vasitəsilə İngiltərə, Səudiyyə Ərəbistanı, Holandiya və Yunanıstanın kral ailələrinə, habelə, Rotşild, Ford, Onassis, Fournier, Agnelli kimi mühüm ailələrə və tanınmış şəxslərə satılmışdır.

Bu davamlı və təbii inkişaf, şirkətə öz hasilat prosesini təkmilləşdirməyə, həmçinin, qiymətli dəri və xəzləri təcrübədən keçirməyə imkan vermişdir.

Enrichetta-nın oğlu Paolo Bertuzzi, 1969-cu ildə mühəndis işi dərəcəsini aldıqdan dərhal sonra bu şirkətə qoşulmuşdur. O, 1980-ci ilə qədər şirkətin təşkili və genişlənməsinə birbaşa töhfəsini vermişdir. Daha sonra isə, məhsulların tədricən inkişafında mühüm dərəcədə əməyə nail olmuşdur.

https://hettabretz.com/