HB Uomo klassik və eklektik zənginlik

Qiymətli materialların bütün növlərindən istifadədə xüsusi və nadir iş bilgisinə malik olmaları və dünya miqyaslı mühüm şəxslərin təkliflərindən ruhlanaraq, Səksəninci illərin Hettabretzində Yer kürəsində ən qüdrətli şəxslərin məxsusi tələblərini diqqətə alan “HB Uomo” kolleksiyası seriyasına start verilmişdir. Hər bir geyimin mükəmməl şəkildə hazırlanmasında müşayiət olunan ustalıq məharəti, detallara son dərəcə diqqətlə yanaşma, məhsulun davamlı olaraq öyrənilməsi və işlənməsi, həmçinin, tendensiya və bazar inkişafına diqqət yetirilməsi Hettabretzə bu imkanları vermişdir: mükəmməlliyin ən üst zirəsində liderə çevrilmək, həqiqətən də yüksək profil olan “Made in Italy” ənənəsini davam etdirmək və Hettabretz məhsullarını - onları bütün dünyada rəqibsiz edən məhsulları - çatdırmaq iqtidarında olan ekspert dərzilərə və kiçik emalatxanalara etibar etmək. Hettabretz, öz müştərilərinin kompleks, qiymətli və sifariş yolu ilə hazırlanmış məhsullardan nəzərə çarpacaq dərəcədə təsirlənmələrinə səbəb olmaqla və əllə hazırlanan yüksək keyfiyyəti müasir informasiya texnologiyaları ilə əlaqələndirməklə istənilən özəl tələbləri qarşılamağa qadirdir.

Hettabretz Donna Dəri üzrə yüksək dizayn və çağdaş dəbdəbə

Kenzo, Christian Diorla və 2000-2009-cu illərdə xüsusi olaraq Karl Lagerfeldlə mühüm dizayn təcrübəsi keçmiş Sofia Crocianinin bədii rəhbərliyi ilə Hettabretz, xüsusi lüks predmetləri anlayan modern xanımlara ünvanlanmış nəfis və şıq obraz təklif edir.

Purple Black (Bənövşəyi Qara) yüksək keyfiyyətli idman geyimləri

Son vaxtlar daimi tərz nişanları ilə və öz zamanında davam etdirilən münasib eleqantlıq, "Purple Black" seriyasından olan məhsullara işıq saçır. Şirkət öz bacarıq və iş bilgisinin üstünlüklərindən faydalanaraq, müasir və şıq geyinənləri lazımınca ifadə edən yüksək keyfiyyətli geyim diapazonunu arzu edən müştəriləri nəzərə alaraq kişi və qadınlar üçün xüsusi məhsullar silsiləsi təşkil etmişdir.

HB UOMO MÜŞTƏRİLƏRİ:
Alta Sartoria - Moskva
Avi Rossini - London
Battaglia - Beverli Hills
Bijan - Beverli Hills
Brioni - Roma
caviglia - Honq-Konq
KULT BUTİKİ - Donetsk
Domino Butiki - Donetsk
Galtrucco - Bal Harbor
gene hiller - Sosalito
Gentleman Store - Jeddah
Joyce - Honq-Konq
Podium - Alma-Ata
RaschinI - Moskva
Rodeo Drive - Dubay
Rovoletto - Venezia
SAINT PHIL - Zürix
SAN CARLO - London
Sir Anthony - Vyana
Solito - Mexiko şəhəri
THIERRY COMPANY - Dnepropetrovsk
UomoCollezioni– Moskva

https://hettabretz.com/